İsrail səfirindən anlamlı Təbriz PAYLAŞIMI - FOTO

İsrail səfirindən anlamlı Təbriz PAYLAŞIMI - FOTO
Siyasət 281

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşım edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, israilli diplomat tviterdə yazıb:

"Bu yaxınlarda mənə armağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

Son xəbərlər