İsrail raket atəşinə tutuldu: Yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağından atılan raketlər nəticəsində İsrail ərazisində 3 nəfər yaralanıb. Onlardan ikisi Fələstinin İsraildə işləyən sakinləridir.
Bu barədə şənbə günü İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Raketlərdən biri Şokedin Moşav kənd təsərrüfatı icması yaxınlığındakı açıq sahədə partlayıb. İlkin araşdırma zamanı təsirə məruz qalan üç şəxsdən ikisinin İsraildə işləmək icazəsi olan Qəzza sakinləri olduğu məlum olub.
Hər üç yaralı İsrail həkimləri tərəfindən təxliyə edilib, onlara İsraildə tibbi yardım göstəriləcək”, - məlumatda bildirilib.
Mənbə: TASS
Oxşar xəbərlər
İsrail ordusu Qəzza zolağına zərbələr endirdi - FOTO/VİDEO
İsrail ordusu raket hücumlarına cavab olaraq Qəzza zolağında obyektlərə zərbələr endirib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müda...