İsrail qırıcıları Qəzzada 450 obyektə zərbə endirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları 24 saat ərzində Qəzza zolağında HƏMAS hərəkatının 450-yə yaxın hədəfinə, o cümlədən hərbi komplekslər, müşahidə məntəqələri, hava hücumundan müdafiə mövqeləri və başqa obyektlərə zərbə endirib.
Bu barədə "Telegram"da İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS-ın qərargahına, tank əleyhinə raket buraxılış məntəqələrinə və digər müşahidə məntəqələrinə hücum edib.
Məlumata görə, avia zərbələr zamanı HƏMAS-ın xüsusi təhlükəsizliyinə cavabdeh olan Camal Musan həlak olub.
Oxşar xəbərlər
İsrail ordusu Qəzzada 450 hərbi obyektə zərbə endirib
İsrail ordusu son sutka ərzində Qəzza zolağında 450 hədəfə zərbə endirib və yerüstü əməliyyatların ərazisini genişləndirməkdə davam edir. BAKU.WS TASS-a istinad...