İsrail Müdafiə Ordusu: "HƏMAS-la toqquşma gözlənildiyindən daha uzun çəkir"
Yeniliklərdən dərhal xəbərdar olun
"HƏMAS-la toqquşma gözlənildiyindən daha uzun çəkir".
BAKUWS report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi polkovnik Riçard Heks bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların başlanmasından 48 saatdan çox keçməsinə baxmayaraq, İsrailin cənubunda HƏMAS-a qarşı mübarizə davam etdirilir: “Biz hələ də döyüşürük. Hazırda döyüşlər 6 şəhərdə davam edir. Bu müharibədir, miqyası başqadır”.
R.Heks konkret rəqəm deməsə də, onlarla israillinin girov saxlanıldığını söyləyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Oxşar xəbərlər
İsrail Müdafiə Ordusu 400-dən çox "HƏMAS" yaraqlısını zərərsizləşdirib
Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb. “Report” xəbər verir ki, bu b...