İsrail müdafiə naziri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət etdi
13
iyl
2023
14:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nümayəndə heyəti tərəfindən məzarların üzərinə gül dəstələri düzülüb.
“Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Oxşar xəbərlər
Azərbaycanın müdafiə naziri israilli həmkarı ilə görüşüb - FOTO
İyulun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik...