İsrail MN: “Qəzzada əməliyyatın yeni mərhələsi başladı”

28
okt
2023
21:15
“İsrail ordusu Qəzza zolağında əməliyyatın birinci mərhələsini tamamlayıb və növbəti əmrlərə qədər davam edəcək yeni mərhələnin icrasına başlayıb”.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin hərbi rəhbərliyi ilə vəziyyəti qiymətləndirmək üçün keçirilən görüşdən sonra bildirib.
“Müharibənin birinci mərhələsini keçdik. Bu gecə Qəzzada yer silkələndi. Yerdən və havadan zərbələr endirdik, bütün səviyyələrdə, hər yerdə terrorçulara hücum etdik. Ordu üçün göstərişlər aydındır: Yeni sərəncam olana qədər hərəkat davam edəcək”, - nazir bildirib.//oxu.az
Oxşar xəbərlər
İsrail ordusu Qəzzada HƏMAS-ın infrastrukturuna zərbələr endirib
İsrailin Müdafiə Ordusu oktyabrın 20-də Qəzza zolağında HƏMAS-ın bir neçə komanda mərkəzinə, atış məntəqəsinə, eləcə də yeraltı infrastrukturuna zərbələr endiri...
