İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər an qonşu Livana sarsıdıcı zərbə endirməyə qadirdir.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar ölkənin şimalında yerləşən yaşayış məntəqələrinin administrasiyalarının rəhbərləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkənin sərhədindəki əməliyyat vəziyyəti müzakirə olunub. Bar Livanın cənubunda şiə Hizbullah təşkilatının silahlı birləşmələrinin mövqelərinə müntəzəm zərbələr endirən İsrail aviasiyasının hərəkətləri barədə məlumat verib.
“Biz müharibəyə hazırıq, bütün əməliyyat planlarının həyata keçirilməsi üçün bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələri öz üzərinə götürür”, deyə qeyd edib.
Oxşar xəbərlər
"Times": İsrail Livanın cənubuna girmək üçün plan hazırlayıb
İsrail hərbçiləri Livanın cənubuna daxil olmaq üçün plan hazırlayıb ki, bu da Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirmək təhlükəsi yaradır. Bu barədə Times...