İsrail hərbçilərinin açdığı atəş nəticəsində "Al-Jazeera"nın müxbiri ölüb
11
may
2022
12:03
"Al-Jazeera" telekanalının müxbiri Şirin Əbu Akla işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölüb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 51 yaşlı Aklanın başından ağır yaralandığı və həyatını itirdiyi bildirib.
O, 1997-ci ildən Qətərin “Al-Jazeera” telekanalında işləyir.
Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində daha bir neçə jurnalist və digər mülki şəxslər yaralanıb.
Oxşar xəbərlər
Avropa İttifaqı “Əsrin sövdələşməsini” rədd etdi
İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin sövdələşməsini” planı Avropa İttifaqı (Aİ) tərəfindən də qəbul olunmayıb. BAKU.WS xəbər ver...