İsrail aviasiyası "Hizbullah" hədəflərinə zərbələr endirdi - VİDEO
28
iyl
2024
10:54
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı "Hizbullah" təşkilatının hədəflərinə bir sıra hücumlar həyata keçirib.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
İsrail aviasiyası Əl-Hayam və Kfar-Kila şəhərlərinə, eləcə də Tir dairəsindəki Abbasiyyə və Burj əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri endirib.
Qeyd edək ki, Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Oxşar xəbərlər
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb. “Report”un “Kan-11” telekanalına istinadən xəbərinə görə, bu...