Spiker: “Prezident tərəfindən Milli Məclisə çox vacib iki yeni qanun layihəsi göndərilib”
Yeniliklərdən dərhal xəbərdar olun
“Prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib. Çox vacib layihələrdir və təxirə salınmadan qəbul edilməlidir”.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Qeyd edək ki, bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).
Oxşar xəbərlər
Deputatlar bu gün 22 məsələni müzakirə edəcək
Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. BAKU.WS trend-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunacaq: 1. Azərbaycan Respubli...