"Speed Dating" kafesi əxlaqsızlığa görə bağlandı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində bir kafedə həyata keçirilən "Speed Dating" (sürətli sevgili dəyişdirmə) proqramı etirazlara səbəb olub.
BAKU.WS xəbər verir ki, Avropa ölkələrində məşhur olan proqramın Cihangirdə kafelərdən birində çəkilən görüntüləri sosial mediada viral olub.
Videoda bir qadın görüşə gələnlərə bir-biriləri ilə necə tanış olacaqlarını izah edir. O, qadınların yerində qalmalarını, kişilərin isə 15 dəqiqədən bir yer dəyişdirmələrini söyləyir. Daha sonra musiqi səslənir və anlaşa bilən, bir-birini bəyənən cütlüklər rahat söhbət edirlər.
Türkiyə mətbuatında əxlaqsızlığın təbliği kimi təqdim edilən "Speed Dating"in görüntüləri etirazla qarşılanıb. Bundan sonra sözügedən proqramın həyata keçirildiyi kafe Beyoğlu Bələdiyyəsi tərəfindən möhürlənərək fəaliyyəti dayandırılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...