İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avilanın Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacağı dəqiqləşib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bud əzələsindən zədə alan 24 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Onun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.
İspaniyalı oyunçu avrokubok Bakıdakı qarşılaşma ilə yanaşı, Yunanıstan Super Liqasında PAOK-la VIII tur görüşündə də iştirak edə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Ərdoğanın Yunanıstan baş naziri ilə tarixi görüşü - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan baş naziri Kiryakos Miçotakisi qəbul edib. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nahar yemə...