İspaniyada teleqramın bloklanması qərarı ləğv olunub
25
mar
2024
19:55
İspaniya Milli Məhkəmə Kollegiyası krallıqda teleqram messencerinin işini müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.
"Report"un məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, hakim Santiaqo Pedras müvəqqəti bloklamaq üçün əmri ləğv edib. O, belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab edib.
Xatırladaq ki, daha əvvəl Milli Məhkəmə Kollegiyasının hakimi Santyaqo Pedras iddianı təmin etmək üçün İspaniyada teleqram messencer tətbiqinin dayandırılmasına göstəriş verib.
Oxşar xəbərlər
İspaniya Antidopinq Agentliyinin uyğunluq statusu ləğv edilə bilər
Müəyyən müvafiq tədbirlər görülməzsə, Ümumdünya Antidopinq Agentliyi İspaniya Antidopinq Agentliyinin Ümumdünya Antidopinq Məcəlləsinə əsasən uyğunluq statusunu...