“Space” televiziyasının efiri dayandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Şuradan BAKU.WS-ə verilən xəbərə görə, iclasda 11-17 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
İclasda qeyd edilib ki, 13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00-24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...