HƏMAS sovet fiziki Sergey Qredeskulla həyat yoldaşını öldürüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sovet nəzəri fiziki 81 yaşlı Sergey Qredeskul və həyat yoldaşı HƏMAS silahlılarının İsrailin Ofakim şəhərinə hücumu nəticəsində həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksey Xoxlov öz "Telegram" kanalında məlumat verib:
“Oktyabrın 7-də HƏMAS yaraqlılarının törətdiyi terror aktı zamanı Sergey Andreyeviç Qredeskul və onun həyat yoldaşı Ofakim şəhərindəki evlərində öldürülüblər".
Qeyd edək ki, Qredeskul 1991-ci ildən İsrailin Berşeba şəhərindəki Ben-Qurion Universitetində işləyib. Fizik bir neçə il əvvəl təqaüdə çıxıb.
Sergey Qredeskul nəzəri fizik olub, “Pozulmuş sistemlərin tədqiqinə giriş” monoqrafiyası və 100-dən çox elmi məqalənin müəlliflərindən biri olub.
Rusiyanın Təl-Əvivdəki səfirliyinin verdiyi məlumata görə, HƏMAS hərəkatının fələstinli radikallarının İsrailə hücumu nəticəsində dörd rusiyalı həyatını itirib.
Qalereya
Oxşar xəbərlər
HƏMAS-ın arxasındakı İran - VİDEO
HƏMAS qruplaşmasının İsrailə son qanlı hücumu zamanı beynəlxalq siyasətlə az-çox maraqlanan hər kəsin ağlına bir ölkənin adı gəldi - İran. Doğrudur, ABŞ rəsmilə...