Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olunub

Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olunub
Foto
Siyasət 250

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 615 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 3-ü saat 20:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 150, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 52, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirliklərinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

***08:00

Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlardan 7-si Azərbaycan, 10-u Tacikistan, 11-i Rusiya, 17-si Çin, 5 nəfəri isə Serbiyanın İrandakı diplomatik korpusunun nümayəndələridir.

Son 3 saat ərzində təxliyə olunanlardan 5-i azyaşlıdır.

Son xəbərlər