SON DƏQİQƏ: Bakıda əsgərlərə dəstək yürüşü keçirilir - VİDEO/FOTO (YENİLƏNİB)

SON DƏQİQƏ: Bakıda əsgərlərə dəstək yürüşü keçirilir - VİDEO/FOTO (YENİLƏNİB)
Foto
Siyasət 6663

Hazırda Bakıda Ermənistanın Tovuz rayonu istiqamətində təxribatları ilə bağlı Azərbaycan əsgərinə dəstək aksiyası keçirilir.

BAKU.WS xəbər verir ki, şəhərin əksər küçə və prospektlərində, o cümlədən, Qara Qarayev, Heydər Əliyev, Ziya Bünyadov, Atatürk prospektində minlərlə gənc yürüş edərək "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ" şüarı səsləndirirlər.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda orduya dəstək olmağa hazır olduqlarını bəyan edirlər.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olublar.

Son xəbərlər