Son 48 saatda Qəzzada 69 fələstinli ölüb
24
avq
2024
18:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Son 48 saat ərzində Qəzza zolağında 70-ə yaxın fələstinli ölüb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Son iki gündə İsrail qüvvələrinin Qəzzanın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 69 nəfər ölüb, 212 nəfər yaralanıb", - Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, bununla da anklavda qurbanların sayı 40 334 nəfərə çatıb, daha 93 356 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Münaqişə başlayandan bəri Qəzzada 500 həkim ölüb
Ötən ilin oktyabrından İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 500-ə yaxın tibb işçisi həlak olub, yüzlərlə insan yaralanıb. İsrailin Fələstin...