Son 20 gündə İlham Əliyevin "Twitter" səhifəsinin izləyiciləri 321 min nəfər artıb

"Vətən müharibəsi başlayandan sonra 20 gün ərzində Prezident İlham Əliyevin "Twitter" səhifəsinin izləyiciləri təxminən 321 min nəfər artıb!"
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz "Facebook" hesabında yazıb.
O bildirib ki, hazırda Prezidenti "Twitter"də 621 mindən çox mikrobloqçu izləyir:
"Bu, təxminən elə "Twitter"in Azərbaycan seqmentinin auditoriyasının göstəricisidir.
Belə görünür ki, Prezidentin məşhur tvitləri cəmiyyətimizə yeni bir ictimai platforma, "Twitter" Azərbaycan platforması bəxş edəcək".
Oxşar xəbərlər
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb - FOTO
Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-h...
