Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
BAKU.WS xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. BAKU.WS xəbər verir ki,...