SOCAR hasilat və LNG sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatı və mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova Bakı Enerji Forumunun II günündə bildirib.
“Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf etdirir və genişləndiririk. Birləşmiş Ərəb Əmirliklərində neft layihəsində 3 %-lik payın alınması bunun bariz nümunəsidir. Lakin biz hasilat və LNG sahələrində başqa layihələr də planlaşdırırıq”, - o vurğulayıb.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...