Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
Siyasət 37

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

"Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir", - qurumdan qeyd edilib.

Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb.

Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: "Ötən il Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri zamanı biz strateji tərəfdaşlıq yolunda qarşılıqlı addımları aktivləşdirdik".

Öz növbəsində, E.Qasımov vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə Slovakiyanın iqtisadi tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir: "Azərbaycan özünü getdikcə daha çox Slovakiyanın perspektivli biznes tərəfdaşı kimi təqdim edir. Energetika və müdafiə sənayesi ilə yanaşı, bu, həmçinin İT və nəqliyyat sahəsinə də aiddir".

Son xəbərlər