“Sizə görə canımı verməyə hazıram” - Kadırov Putinə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyib.
O, özünü Putinin əsgəri saydığını bildirib:
“Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm.
Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir”.
Oxşar xəbərlər
Kadırovun köməkçisi Kiyevə doğru irəliləyir - FOTO
Çeçenistan prezidenti Ramzan Kadırovun köməkçisi Danil Martınov Ukraynada keçirilən hərbi əməliyyatlarda iştirak edir. BAKU.WS xəbər verir ki, Danil Martınovun...