Simonyan: İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il əldə edilmiş Vaşinqton razılaşmaları fonunda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi iki ölkənin xalqları üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addımdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasında bildirib.
"İstanbulda 152-ci assambleyanın sessiyasında "Sülhü təmin edərək və gələcək nəsillər üçün ədalətə zəmanət verərək" mövzusunda çıxış etdim. 2025-ci il razılaşmasından sonra Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb", - Ermənistan parlamentinin spikeri "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülhün möhkəmləndirilməsinə, dialoqun irəliləməsinə və onun real imkanlara çevrilməsinə sadiqdir.
"Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil edəcəyi bir gələcək qurmağa hazırıq", - Simonyan yekunlaşdırıb.
Oxşar xəbərlər
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. BAKU.WS xəbər verir ki, bu mərhələdə Ağdam şəh...