Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Makedoniya Respublikasının Parlament Assambleyasının sədri Afrim Qaşi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək məqsədilə iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.
Oxşar xəbərlər
Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. BAKU.WS xəbər verir ki,...