Silah tutmağı bacarmayan Azərbaycan əsgəri belə dəyişdi (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.
BAKU.WS-in məlumatına görə, bu video sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu idda edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.
Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.
Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.
"AzeriDefence” Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.
BAKU.WS
Oxşar xəbərlər
Prezident sərəncam imzaladı: Oğlanlar əsgər gedir
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hə...