Şuşaya çəkilən avtomobil yolunun keçəcəyi ərazilər minalardan belə təmizlənir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonundan Şuşa şəhərinə çəkilən avtomobil yolunun keçəcəyi ərazilər minalardan təmizlənir.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilk mərhələdə ANAMA tərəfindən Şuşaya çəkilən yolun keçəcəyi ərazinin 34 kilometrlik hissəsində təmizləmə işləri icra olunur.
Füzulinin Alxanlı və Seyidəhmədli kəndlərinin ərazisi də daxil olmaqla, yolun keçdiyi yerlərdə indiyədək 207 ədəd tank əleyhinə, 168 ədəd piyada əleyhinə, 5 ədəd partlamamış digər hərbi sursat aşkarlanıb.
Hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir.
Ümumilikdə, azad olunmuş ərazilərdə bu günədək 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə, 2064 ədəd tank əleyhinə minanın partladıcısı, 300 ədəd bombacıq aşkarlanıb.
Həmçinin 3 milyon 600 kvadratmetr ərazi təmizlənib. Minatəmizləmə əməliyyatları davam edir.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...