Şuşadakı məscidlərin bərpası nə zaman başa çatacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib.
“Yuxarı Gövhər Ağa və Saatlı məscidləri artıq tam bərpa olunub və istifadədədir. Təqribən 7-8 məscid var ki, onlar tam dağılmış vəziyyətdədir. Vaxtilə Şuşada hər məhəllənin öz məscidi olub. Simpoziumun keçirilməsində də məqsəd daşı-daş üstə qalmayan abidələrin, məscidlərin bərpasında və yenidən qurumasında beynəlxalq təcrübədən faydalanmaqdır”, - deyə Adın Kərimov vurğulayıb.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...