Şuşada Ombudsmanın regional mərkəzi açılacaq
22
yan
2021
15:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) daha bir regional mərkəzi fəaliyyətə başlayacaq.
BAKU.WS xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, Ombudsman Səbinə Əliyevanın bəyan etdiyi kimi, Müvəkkilin Qarabağ Regional Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub.
Aparat rəhbəri bildirib ki, Mərkəz Şuşada yerləşəcək.
Qeyd edək ki, hazırda Ombudsmanın 4 regional mərkəzi (Gəncə, Şəki, Quba və Cəlilabad) fəaliyyət göstərir.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...