Şuşada kütləvi məzarlıqda tapılan meyit qalıqlarının qarın nahiyəsində mismarlar aşkarlanıb

Şuşada kütləvi məzarlıqda tapılan meyit qalıqlarının qarın nahiyəsində mismarlar aşkarlanıb
Siyasət 3

“Şuşada aşkarlanan 6 nəfərə aid meyit qalıqlarının qarın nahiyəsində nal mismarları tapılıb”.

BAKU.WS xəbər verir ki, bu barədə report-a açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, bu da onlara mismarların məcburən uddurulmasına dəlalət edir:

“Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlanıb”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Son xəbərlər