Şuşada iki ev yandı

Şuşada iki ev yandı
Siyasət 649

Şuşa şəhərində iki ev yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə Şuşada ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər