Şuşa ilə bağlı planlar haqda açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.
E.Cavadov qeyd edib ki, hazırda araşdırmalar gedir:
"Çünki indi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır.
Düşünürük ki, ilkin qiymətləndirmələrdən sonra Dövlət Turizm Agentliyi yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik".
Qurum rəsmisi deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq: "Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...