Şuşa bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsi yer alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsi də Şuşa bəyannaməsində yer alıb.
BAKU.WS xəbər verir ki, sənəddə digər sahələrlə yanaşı, ticari-iqtisadi münasibətlərlə bağlı məsələlər də yer alıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır:
“Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Bəyannamədə Zəngəzur koridoru açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.
Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq”.
Qeyd edək ki, iyulun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...