Şotlandiyalı qadın azarkeşdən maraqlı performans - VİDEO
Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında mübarizə aparan Şotlandiya millisinin azarkeşi əllərinin köməyi olmadan bir stəkan pivə içib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, onun bu performansını ətrafdakılar alqışlarla qarşılayıblar.
Qeyd edək ki, iyunun 23-də Ştutqartdakı "Mercedes-Benz Arena"da Şotlandiya və Macarıstan yığmaları arasında qrup mərhələsinin üçüncü turunun oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Öncəki turlarda Şotlandiya İsveçrə millisi ilə 1:1 hesablı heç-heçə edib, turnirin açılış matçında isə Almaniya yığmasına 1:5 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...