Şimali Koreya ABŞ-ni vura biləcək raketini nümayiş etdirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılışının videosunu yayıb.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, buraxılış döyüş hazırlığının qəfil yoxlanışı çərçivəsində həyata keçirilib.
Raket 67 dəqiqə ərzində 989 km uçub və sonra Yapon dənizinə düşüb. Onun maksimal uçuş hündürlüyü 5,77 min km olub. Nəzəri cəhətdən belə bir raket ABŞ-yə çata bilər.
Raketin buraxılışı fonunda ABŞ Hərbi Hava Qüvvələri Yaponiya Hərbi Hava Qüvvələri və Cənubi Koreya Hərbi Hava Qüvvələri ilə ayrı-ayrılıqda təlimlər keçirib. Bombardmançıları müşayiət edən qırıcılar havaya qaldırılıb.//oxu.az
Oxşar xəbərlər
Şimali Koreya lideri qızı ilə ictimaiyyət qarşısına çıxdı - FOTO
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In qızının müşayiəti ilə ikinci dəfə ictimaiyyət qarşısına çıxıb. BAKU.WS “Report”a...