İşğaldan azad edilən ərazilərdə heyvandarlıq və kənd təsərrüfatı inkişaf etdiriləcək - UCUZLAŞMA OLACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Rəşadətli Ordusunun Dağlıq Qarabağda qalibiyyətindən sonra işğaldan azad olunan torpaqlarımızda tezliklə yenidənqurma işləri başlayacaq.
BAKU.WS xəbər verir ki, belə olan təqdirdə Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək. Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artacaq. Bununla da ölkədə ərzaq məhsulları, ət, süd, eyni zamanda meyvə və tərəvəzin qiymətində hiss olunacaq dərəcədə ucuzlaşmalar müşahidə olunacaq.
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərimizin kifayət qədər aqrar potensialı var.
“Nəzarə alsaq ki, söhbət işğaldan azad edilən 10.000 kv metriklik ərazidən gedir, bu kifayət qədər böyük torpaq fondudur və bizim əkin üçün yararlı torpaq fondumuzun həcmində artımlar olacaq. Xüsusən nəzərə almalıyıq ki, bəzi işğaldan azad edilən rayonlarımızda torpaqların əhəmiyyətli hissəsi məhsuldar torpaqlardır.
Məsələn, Ağdamda torpaqların təxminən 94 faizi məhsuldar torpaqlardır. Füzulidə məhsuldar torpaqların ümumi torpaq fondundakı payı 90 faizdən çoxdur. Nəticə etibarı ilə bu həm də işğaldan azad edilən rayonlarımızda kənd təsərrüfatı istehsalının genişləndirilməsinə imkan verəcək.
Eyni zamanda yalnız meyvəçilik, əkinçilik deyil, eləcə də heyvandarlığın inkişafı üçün şərait olacaq”, - deyə Millət vəkili bildirib.
Vüqar Bayramovun fikrincə, işğaldan azad olunan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, o cümlədən Cəbrayıl heyvandarlığın inkişaf etdiyi rayonlar idi.
“Bu rayonlar işğaldan əvvəl Azərbaycanda ət istehsalında xüsusi töhfə verən rayonlarımızdan idi. Beləliklə, ət istehsalında da artımlar olacaq. Ümumiyyətlə, bərpa prosesindən sonra həm kənd təsərrüfatı, həm də ət məhsullarının istehsalının artması gözlənilir. Bu, bir tərəfdən imkan verəcək ki, Azərbaycan tələbi yerli istehsal hesabına ödəsin.
Eyni zamanda həmin ərazilərdə yerli məhsulların formalaşması yeni fermer təsərrüfatlarının yaranması baxımından da çox vacibdir.
Təbii ki, bu da məşğulluq, işlə təminatdır. Artıq bərpadan sonra bazara çıxarılan kənd təsərrüfatı mallarının əhəmiyyətli hissəsi yerli istehsal hesabına başa gələcəyinə görə, bu, bir tərəfdən daha keyfiyyətli məhsulların satışa çıxarılmasına imkan verəcək, digər tərəfdən isə qiymətlərə təsir göstərəcək. Çünki bizim xarici bazardan qiymət asılılığımız, xarici bazarın yerli bazara qiymət baxımından təsirləri minimumlaşacaq. Daha optimal qiymətə həmin məhsulların satılması və artıq həmin rayonlarda kənd təsərrüfatı inkişaf etdikdən sonra Azərbaycanda da kənd təsərrüfatı məhsullarının qiymətinin düşəcəyi gözlənilir.
Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda ət və ət məhsulları ən çox istifadə edilən məhsullardandır, bu məhsullara tələbat da ödəniləcək. Həmçinin ətin qiyməti məsələsi aktuallaşacaq. Əvvəlki illərdə ətin qiymətində artımlar müşahidə edilirdi, artıq bizim işğaldan azad edilən rayonlarımızda heyvandarlığın inkişaf etdirilməsi həm də ət məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxaracaq, gələcəkdə ət məhsullarının qiymət artımının qarşısını alacaq.
Bununla yanaşı gözlənilir ki, yerli məhsul idxaldan asılı olacaq. Valyuta ölkədə qalacaq.
Bütövlükdə biz kənd təsərrüfatı istehsalında işğaldan azad edilən torpaqların bərpa prosesindən sonra ölkədə iqtisadi inkişaf prosesinə daxil olduqdan sonra ciddi artımların olacağını proqnozlaşdırırıq. Azərbaycanda kənd təsərrüfatında ümümdaxili məhsulun bütövlükdə istehsalında ciddi artımlar gözlənilir”.
Oxşar xəbərlər
Kəlbəcərin zəngin təbii resurs və turizm potensialı
İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahididir və inzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 1930-cu ildə inzibati...