İşğaldan azad edilən ərazilərdə bu radiolar fəaliyyət göstərəcək

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.
İclasda həmçinin işğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
