Şəmkirə icra başçısı təyin edilən Rəşad Tağıyev kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BAKU.WS xəbər verir ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...