Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev dəfn olunub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, o, Qəbələ şəhərində torpağa tapşırılıb.
Dəfn mərasimində qəhrəmanımızın döyüş yoldaşları, qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***09:00
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi.
BAKU.WS report-a istinadən xəbər veri ki, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.
2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...