Şəhid əsgərimiz dəfn olundu - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi döyüşlərində ağır yararlanaraq komya düşən və martın 25-də şəhidlik zirvəsinə ucalan əsgər Əli İsmayılov dəfn olunub.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, o, doğulduğu Goranboy rayonunun Qaradağlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, rayon sakinləri və rəsmi şəxslər iştirak ediblər.
*** 14:51
Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.
Ə. İsmayılov bu gün dəfn olunacaq.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...