Şəhid anası: “Oğlumun geri dönəcəyinə inanırdım, çünki o, verdiyi sözün üstündə durmağı bacarırdı” - VİDEO

Şəhid anası: “Oğlumun geri dönəcəyinə inanırdım, çünki o, verdiyi sözün üstündə durmağı bacarırdı” - VİDEO
Video
Siyasət 159

Ürəyi vətən eşqi ilə döyünən üç qardaşdan biridir Emil İsgəndərov. O, evin ən böyüyü idi.

Şəhid anası Tənzilə İsgəndərova bildirir ki, onu digər övladlarından ayırmasa da Emil fərqli idi.

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində gizir olaraq xidmət edirdi Vətənə.

Vətən müharibəsi başlayanda üç qardaşın atası “öncə vətən” deyib onları cəbhəyə yola salıb. Lakin ortancıl qardaşı geri qaytarıblar.

Anası deyir ki, oğlunun geri dönəcəyinə inanırdı. Çünki o, verdiyi sözün üstündə durmağı bacarırdı.

Son xəbərlər