İşdən çıxarılan generaldan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.
BAKU.WS bildirir ki, General-mayor Rasim Əliyev Unikal.org-a açıqlamasında bildirib ki, xidmət müddəti bitdiyi üçün təqaüdə göndərilib:
"Təbii ki, bir az istirahət edəcəm. Pensiya yaşından üç il artıq xidmət eləmişəm. Mən Cənab Prezidentin əsgəriyəm. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı əlimdən nə gəlirsə, imkanım nəyə çatırsa, xalqımın, dövlətimin yanındayam”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...