İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
22
okt
2019
15:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsənov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əli Həsənovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalay...