Səfirlikdə 20 yanvar faciəsinin anım tədbiri keçirilib – FOTO

Səfirlikdə 20 yanvar faciəsinin anım tədbiri keçirilib – FOTO
Siyasət 653
17 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində 20 yanvar faciəsinin 29-cu il dönümünə həsr olunmuş anım tədbiri keçirilib.BAKU.WS xəbər verir ki, tədbirdə azərbaycanlı tələbələr və Diasporla yanaşı, Macarıstanın təhsil müəssisələrinin nümayəndələri, bu ölkədə təhsil alan xarici vətəndaşlar, həmçinin yerli KİV-in təmsilçiləri də iştirak ediblər.Tədbiri giriş nitqi ilə açan Səfir Vilayət Quliyev qonaqları salamlayıb və 20 yanvar faciəsinin qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Səfir V.Quliyev faciə ilə əlaqədar tədbir iştirakçılarına məlumat verib və Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçdiyini vurğulayıb.Səfir, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı barədə danışıb.
Sonra Səfirliyin 1-ci katibi E.Rəhimov prezentasiya ilə çıxış edərək, Qara Yanvar faciəsinin tarixi barədə ətraflı məlumat verib və statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tanınmış macar jurnalisti və hərbi məsələlər üzrə ekspert, 1990-cı ildə hakim Macarıstan Xalq Fəhlə Partiyasının orqanı “Nepsabadşaq” qəzetinin Moskva müxbiri olan və 20 Yanvar hadisələri ilə bağlı bu qəzetdə silsilə məqalələr çap etdirən Peter Dunai (həmin məqalələr iki il əvvəl Səfirlik tərəfindən tərcümə olunub.
20 Yanvar faciəsinin 27-ci il dönümü münasibəti ilə “Azərbaycan” qəzetində dərc olunmuşdur) xatirələrini bölüşüb, Moskvanın hadisələri obyektiv şəkildə işıqlandırmaq cəhdlərinə hər vasitə ilə əngəl törətdiyi haqda danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavavlandırılıb və “Son İclas” sənədli filmi nümayiş etdirilib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər