20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
20
yan
2019
12:17
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosu yanvarın 20-də gücləndirilmiş iş rejimində çalışacaq
“Bakı Metropoliteni” QSC-də 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqlənərək həyata keçirilir. BAKU.WS xəbər verir ki, b...