Seyid Yusuf Rza Gilani: Pakistan Qarabağa investisiya qoymağa hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani ölkəsinin Qarabağa investisiya qoymağa hazır olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, o bu barədə report-a müsahibəsində deyib.
Senat sədri Azərbaycanla Pakistan arasında bir sıra iqtisadi məsələlərin müzakirə edilərək razılaşdırıldığını vurğulayıb:
"Sonuncu dəfə Azərbaycana gələndə cənab Prezidentlə də görüşdüm və biz iqtisadi, eləcə də inkişaf yönümlü sahələrlə bağlı bəzi məsələləri müzakirə etdik, həmin məsələlər razılaşdırıldı. Daha sonra Baş nazirimiz Azərbaycana gələndə bir sıra sənədlər imzalandı. Yəni münasibətləri inkişaf etdiririk, iqtisadi-ticari əlaqələrimiz yüksək səviyyədədir. Şübhəsiz, biz Qarabağa da investisiya qoymağa hazırıq".
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...