Səudiyyədə qadınlara daha bir hüquq verildi: 21 yaşı tamam olmuş qadınlar...

Səudiyyədə qadınlara daha bir hüquq verildi: 21 yaşı tamam olmuş qadınlar...
Siyasət 833
Səudiyyə Ərəbistanı rəhbərliyi qadınların hüquqları ilə bağlı qanuna bəzi dəyişiklik edib. BAKU.WS xəbər verir ki, bundan sonra səudiyyəli qadınlar xaricə səfər etmək üçün sərbəst şəkildə pasport ala biləcəklər. Qanuna edilən dəyişiklikdə qeyd olunur ki, 21 yaşı tamam olmuş qadınlar himayəçinin mütləq razılığı olmadan pasport almaq hüququ əldə edirlər. Bundan başqa, qəbul edilmiş düzəlişlər çərçivəsində qadınlar kişilərlə yanaşı, yetkinlik yaşına çatmamış uşaqların hamisi olmaq hüququ qazanıb. Bildirilir ki, yanvarın sonunda təxminən 150 qadın lisenziyalaşdırılmış turizm bələdçisi statusu almaq üçün ərizə verib.

Son xəbərlər