Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik. Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik. Zati-alinizə salamlarımızı və ehtiramımızı çatdırırıq".
Bundan başqa, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da İlham Əliyevi təbrik edib.
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm. Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".
Oxşar xəbərlər
Dövlətin elmə, təhsilə yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlətin elmə, təhsilə və intellektu...