Səudiyyə Ərəbistanından Azərbaycana DƏSTƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə göndərdiyi notada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın son təxribatı ilə bağlı elan etdiyi mövqeyinin bütün müsəlman dövlətlərinin mövqeyini ifadə etdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də paylaşım edib.
O qeyd edib ki, səfirlik Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bir daha bəyan edib.
Oxşar xəbərlər
Azərbaycan XİN 2019-cu ilin yekunlarına dair hesabatı açıqlayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair hazırladığı hesabatı açıqlayıb. BAKU.WS XİN-ə istinadən hesabatda təqdim edir: "Ötən 2019-cu i...