Səudiyyə Ərəbistanı ümrə ziyarətlərinə yenidən start verir

16
sen
2020
11:18
Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbindən 6 aydır dayandırdığı ümrə ziyarətlərini mərhələli şəkildə başlatmaq üçün hazırlıqlar görür.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, ilk mərhələdə yerli zəvvarlar üçün ziyarətə icazə veriləcək.
Ziyarət etmək istəyənlər müvafiq idarələrdən icazə almalı və koronavirus keçirmədiyinə dair sənədi təqdim etməlidirlər.
Növbəti mərhələdə isə digər ölkələrdən də zəvvar qəbulu planlaşdırılır.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi
Bu il xarici zəvvarların Həcc ziyarətinə icazə verilməyəcək. BAKU.WS-in xarici KIV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı hökuməti...
